İsrail Prezidenti İshaq Hersoq martın 20-də Fransaya gedəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Hersoqun ofisindən məlumat verilib.
Bildirilib ki, o, həmkarı Emmanuel Makronla görüşəcək. İsrail Prezidenti Tuluza qətliamının onuncu ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak edəcək.
Qeyd edək ki, 2012-ci ilin martında Fransanın cənubunda, Tuluza və Montoban şəhərlərində silsilə qətllər törədilib.