İsrail Qəzzanın cənubundakı sakinləri təxliyə etməyə çağırır

İsrail Qəzzanın cənubundakı sakinləri təxliyə etməyə çağırır İsrail hərbçiləri sakinlərin Qəzza zolağının ikinci ən böyük şəhəri Xan Yunisə təxliyəsi əmri verilən zonanı genişləndirib.
Digər ölkələr
3 Dekabr , 2023 16:51
İsrail Qəzzanın cənubundakı sakinləri təxliyə etməyə çağırır

İsrail hərbçiləri sakinlərin Qəzza zolağının ikinci ən böyük şəhəri Xan Yunisə təxliyəsi əmri verilən zonanı genişləndirib.

“Report”un məlumatına görə, bu barədə “Associated Press” xəbər verib.

Nəşrin məlumatına görə, İsrail ordusu Xan Yunis və ətraf şəhərdəki ən azı 5 bölgənin əhalisini təhlükəsizlik baxımından bu yerləri tərk etməyə çağırıb.

Yerli sakinlərin sözlərinə görə, İsrail hərbçiləri müvafiq xəbərdarlıq vərəqələri səpələyiblər.

Xəbərdarlıqda “Xan Yunis şəhəri təhlükəli döyüş bölgəsidir”, - deyilir.

Agentliyin məlumatına görə, dekabrın 3-nə keçən gecə Xan Yunis, Rəfah yaxınlığında və anklavın şimalındakı yerlərdə irimiqyaslı bombardman olub.

Son xəbərlər

Orphus sistemi