İsraildə dini bayramda yaranan izdihamda ölənlərin sayı 45-ə çatıb - VİDEO - YENİLƏNİB - 2

İsraildə dini bayramda yaranan izdihamda ölənlərin sayı 45-ə çatıb - VİDEO - YENİLƏNİB - 2 İsraildə dini bayram zamanı tribunanın uçması və yaranan izdiham nəticəsində 38 nəfər ölüb
Digər ölkələr
30 Aprel , 2021 15:25
İsraildə dini bayramda yaranan izdihamda ölənlərin sayı 45-ə çatıb - VİDEO - YENİLƏNİB - 2
0 : 00
0 : 00

İsraildə keçirilən Laq ba-Omer dini tonqal qalama mərasimi zamanı yaranan izdiham nəticəsində ən azı 45 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Qeyd edək ki, hadisə aprelin 30-da Meron dağı yaxınlığında baş verib.

09:15

İsraildə keçirilən Laq ba-Omer dini tonqal qalama mərasimi zamanı yaranmış izdiham nəticəsində ən azı 44 nəfər ölüb.

“Report” “Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, hadisə Meron dağı yaxınlığında baş verib.

Hazırda hadisə yerində qalan minlərlə insanın təxliyyəsi üçün xilasetmə əməliyyatları davam edir.

Ölkənin Baş naziri Binyamin Netanyahu hadisəni "ağır fəlakət" adlandırıb.

04:22

İsraildə dini bayram zamanı tribunanın uçması və yaranan izdiham nəticəsində 38 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Qaarets” nəşri yazıb.

Hadisə Moren dağında, Laq ba-Omer bayramının keçirilməsi zamanı baş verib.

Bundan əvvəl, hadisə nəticəsində 28 nəfərin öldüyü, 50-dən çox şəxsin yaralandığı, yaralıların 20-sinin vəziyyətinin ağır olması barədə məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi