İsrailin Baş naziri: "Britaniya Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsini nəzərdən keçirir"

 İsrailin Baş naziri: "Britaniya Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsini nəzərdən keçirir" "Böyük Britaniyanın Baş naziri Liz Tras İsraildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi məsələsini nəzərdən keçirir".
Digər ölkələr
22 Sentyabr , 2022 11:04
 İsrailin Baş naziri: Britaniya Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsini nəzərdən keçirir
Yair Lapid

"Böyük Britaniyanın Baş naziri Liz Tras İsraildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi məsələsini nəzərdən keçirir".

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda Tras ilə görüşdən sonra tviterdə yazıb.

"Böyük Britaniya səfirliyinin Qüdsə köçürülməsi məsələsinə müsbət yanaşdığını bildirən Britaniyanın Baş naziri, dostum Liz Trasa təşəkkür edirəm", - paylaşımda deyilir.

Son xəbərlər

Orphus sistemi