İsrail Dəməşq ətrafına yenidən aviazərbələr endirib

İsrail Dəməşq ətrafına yenidən aviazərbələr endirib İsrailin Müdafiə Ordusu Suriyanın paytaxtı Dəməşq yaxınlığında Kafar Susa rayonuna yenidən aviazərbələr endirib.
Digər ölkələr
21 Fevral , 2024 16:01
İsrail Dəməşq ətrafına yenidən aviazərbələr endirib

İsrailin Müdafiə Ordusu Suriyanın paytaxtı Dəməşq yaxınlığında Kafar Susa rayonuna yenidən aviazərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə məlumatı “newsru.co” yayıb.

Bildirilib ki, yaşayış binalarına da zərbələr endirilib. Məlumata görə, bu nöqtəvi zərərsizləşdirmə əməliyyatının keçirildiyini göstərir. Suriyadakı hakimiyyətə müxalif qrupun, “The Syrian Observatory for Human Rights”ın (SOHR) informasiyasına əsasən, hədəfdə əcnəbilər olub və aviazərbələr nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Qeyd edək ki, Suriyanın SANA agentliyi fevralın 21-də səhər saatlında da İsrail Müdafiə Ordusunun həmin əraziyə zərbə endirdiyi barədə məlumat yaymışdı.

Son xəbərlər

Orphus sistemi