İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr bildirib.
O, qeyd edib ki, ölənlərdən 10-u uşaqlardır. Zərbələr nəticəsində həmçinin daha 203 nəfər xəsarət alıb.
"İsrailin iki gün ərzində Qəzza sektoruna hava zərbələri nəticəsində anklavda 30 fələstinli həlak olub. Onlar arasında 10 uşaq və 1 qadın da var. Zərbələr nəticəsində daha 203 insan yaralanıb”, - əl-Kidr bildirib.
Bazar ertəsi axşam Qəzza sektorunda son illər ərzində ən böyük eskalasiya başlayıb. Bu günlər ərzində Qəzzadan İsrailə 600-dən çox raket buraxılıb.