İsrailin xarici işlər nazirində virus aşkarlanıb

İsrailin xarici işlər nazirində virus aşkarlanıb İsrailin xarici işlər naziri Yair Lapid koronavirusa yoluxub.
Digər ölkələr
11 Yanvar , 2022 04:18
İsrailin xarici işlər nazirində virus aşkarlanıb
Yair Lapid

İsrailin xarici işlər naziri Yair Lapid koronavirusa yoluxub.

“Report” xəbər verir ki, o, bu barədə tviterdəki hesabında yazıb.

“Həqiqətən, mənə koronavirus diaqnozu qoyuldu. Peyvənd olunduğum üçün özümü əla hiss edirəm. Gedin, peyvənd olun, qoruyucu maskalar taxın, biz birlikdə bunun öhdəsindən gələcəyik”, - deyə nazir yazıb.

O, hazırda evdə təcrid olunub. İsrail mətbuatının məlumatına görə, Lapid çox güman mühafizəçilərin birindən infeksiyaya yoluxub. Həmçinin bildirilir ki, ötən gün Baş nazir Naftali Bennett və digər yüksək vəzifəli siyasətçilərlə təmasda olub.

Lapid bazar ertəsi günortadan sonra “Eş Atid” Partiyasının iclasını keçirməli idi, lakin COVID-19 şübhəsi ilə iclası ləğv edib.

Son xəbərlər

Orphus sistemi