İsveç hökuməti hərbi xərcləri ÜDM-i 2%-i səviyyəsinədək artırmaq niyyətindədir.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Maqdalena Andersson deyib.
Bu qərarı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin şərtləndirdiyi bildirilir.
“İsveçin müdafiə qabiliyyəti xeyli gücləndirilməlidir” – nazir vurğulayıb.
Xatırladaq ki, 1980-ci illərdə soyuq müharibə başa çatdıqdan sonra İsveçin müdafiə xərcləri ÜDM-in 1%-dək azaldılıb.