İsveçin cənubunda 30 ilin ən rekord istiləri qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə İsveç televiziyası məlumat yayıb.
Skandinaviya ölkəsinin bu hissəsində temperatur 35,2 dərəcəyə çatıb.
“Bu, son 30 ildə ən yüksək temperaturdur. Bu, yalnız 1992-ci ildə qeydə alınıb”, - meteoroloq Tura Tomasdottir bildirib.