İsveçdə Ukraynadan gətirilən yumurtalar səbəbindən 80 nəfər infeksiyaya yoluxub

İsveçdə Ukraynadan gətirilən yumurtalar səbəbindən 80 nəfər infeksiyaya yoluxub 2024-cü ildə 80 İsveç sakini Ukraynadan gətirilən toyuq yumurtasını yedikdən sonra salmonellyoza yoluxub.
Digər ölkələr
8 Noyabr , 2024 19:18
İsveçdə Ukraynadan gətirilən yumurtalar səbəbindən 80 nəfər infeksiyaya yoluxub

2024-cü ildə 80 İsveç sakini Ukraynadan gətirilən toyuq yumurtasını yedikdən sonra salmonellyoza yoluxub.

“Report” xəbər verir ki, bu barədə “Sweden Herald” Milli Qida Agentliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, xəstə olanlar bərk qaynadılmış və ya kifayət qədər isidilməmiş yumurta yeyiblər. Vurğulanıb ki, sonuncu xəstə infeksiyaya yoluxan digər xəstənin olduğu restoranda olub.

Nəşr bildirib ki, Ukraynadan gətirilən toyuq yumurtaları ölkəyə daxil olmamışdan öncə yoxlamadan keçir. Agentlik isə dəfələrlə isveçlilərə Norveç, Finlandiya və Danimarka məhsulları istisna olmaqla, xaricdən gətirilən çiy yumurta istehlak etməməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi