İsveçrə zəlzələdən əziyyət çəkən əhaliyə kömək edən humanitar təşkilatların işinə yardım etmək məqsədilə Suriyaya qarşı 2011-ci ildən qüvvədə olan sanksiyaları yumşaldıb.
“Report” TASS-a istinadən xəbər bu barədə İsveçrə hökuməti - Federal Şura məlumat yayıb.
“Federal Şura 3 mart 2023-cü ildə Suriyaya qarşı sanksiyaları müvəqqəti müvəqqəti olaraq yumşaldıb. Bu addım Suriyadakı humanitar təşkilatların işi üçün zəruri olan işgüzar əlaqələrin qurulmasına kömək etmək məqsədi daşıyır”, - məlumatda deyilir.
Rəsmi Berndən hökumətin Suriyaya qarşı sanksiyalar haqqında sərəncamının sanksiya altında olan şəxslərə və təşkilatlara aktiv və ya iqtisadi resursların təmin edilməsini qadağan etdiyi xatırladılıb. İsveçrə hökuməti Suriyada çalışan humanitar təşkilatlara mülki əhalinin dəstəklənməsi üçün zəruri olan maliyyə əməliyyatları apararkən bu qaydalardan yayınmaq hüququ verə bilərdi.
Federal Şura da martın 3-dəki qərarı ilə Suriyada humanitar fəaliyyətlərin genişləndirməsini təmin etmək, xüsusən də fevralda baş vermiş güclü zəlzələnin nəticələrinə reaksiya verilməsi üçün istisnaları genişləndirib. Beləliklə, sanksiyalar altında olan şəxslərə və təşkilatlara aktivlər verilməsinə icazə verilib. Eyni zamanda, İsveçrədən vəsait almayan subyektlər üçün iqtisadi resursların təmin edilməsi üçün eksklüziv icazə sistemi nəzərdə tutulub.