İtaliya paytaxtında minlərlə insan Ukraynada atəşkəs üçün aksiya keçirib

İtaliya paytaxtında minlərlə insan Ukraynada atəşkəs üçün aksiya keçirib İtaliyanın paytaxtı Romada Ukraynada atəşkəs üçün minlərlə insan mitinq keçirib.
Digər ölkələr
5 Noyabr , 2022 19:20
İtaliya paytaxtında minlərlə insan Ukraynada atəşkəs üçün aksiya keçirib

İtaliyanın paytaxtı Romada Ukraynada atəşkəs üçün minlərlə insan mitinq keçirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Avropa Sülh naminə” yürüşündə 30 minə yaxın insan iştirak edib.

Aksiyaya katolik, pasifist, skaut, ətraf mühit və həmkarlar ittifaqlarının da daxil olduğu təxminən 600 ictimai təşkilat və birlik qoşulub. Nümayiş təşkilatçılarının fikrincə, bu, siyasi xarakter daşımır.

Son xəbərlər

Orphus sistemi