İtaliyada baş verən partlayış zamanı ölənlərin sayı artıb

İtaliyada baş verən partlayış zamanı ölənlərin sayı artıb İtaliyaya məxsus Siciliya adasındakı Ravanusa şəhərində baş verən partlama nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Digər ölkələr
13 Dekabr , 2021 12:02
İtaliyada baş verən partlayış zamanı ölənlərin sayı artıb

İtaliyaya məxsus Siciliya adasındakı Ravanusa şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, aparılan axtarış-xilasetmə əməliyyatı zamanı dağıntılar altından daha 3 meyitçıxarılıb.

Bundan əvvəl rəsmi olaraq 3 nəfər ölü, 6 nəfər itkin düşmüş hesab edilirdi. Hazırda itkin düşmüş daha 3 nəfərin axtarışı davam etdirilir.

Xatırladaq ki, şənbə günü axşam baş verən partlayışın qaz sızmasından qaynaqlandığı ehtimal olunur. Partlayış zamanı 3 yaşayış binası uçub, 100-dən çox sakin evsiz-eşiksiz qalıb.

Son xəbərlər

Orphus sistemi