İtaliyanın şimalındakı Emilia Romanya regionuna fırtına və dolu ciddi ziyan vurub.
“Report” “İtaly24”ə istinadən xəbər verir ki, ən çox zərər çəkən Parma bölgəsində avtomobillərin və yük maşınlarının şüşələri sındığı üçün A1 magistral yolu (Milan – Varese) 3 saat müddətinə bağlanıb.
Novi şəhərində üzərinə ağac aşdığı mikroavtobusda 2 nəfər ciddi xəsarət alaraq helikopter vasitəsilə xəstəxanaya çatdırılıb. Daha 1 nəfər eyni bölgədə başına dam örtüyünün parçası düşməsi nəticəsində xəsarət alıb. Regiano şəhərində də 1 nəfər fırtına və dolu nəticəsində qırılan pəncərə şüşəsindən xəsarət alıb. Həmçinin ağacların aşaraq evlərin damına ziyan vurmasına dair çoxlu müraciətlər qeydə alınıb.
Emilia Romanya regionunda xeyli qarğıdalı və s. bitki tarlalarının təbii fəlakət nəticəsində külli miqdarda ziyana uğradığı bildirilir. Bu gün üçün bölgədə əlverişsiz hava ilə bağlı sarı təhlükə xəbərdarlığı elan olunub.