İtaliyada leysan altı nəfərin həyatına son qoyub

İtaliyada leysan altı nəfərin həyatına son qoyub İtaliyanın Marke bölgəsinə yağan güclü yağışlar nəticəsində azı altı nəfər ölüb, üç nəfər itkin düşmüş hesab olunur.
Digər ölkələr
16 Sentyabr , 2022 10:05
İtaliyada leysan altı nəfərin həyatına son qoyub

İtaliyanın Marke bölgəsinə yağan güclü yağışlar nəticəsində azı altı nəfər ölüb, üç nəfər itkin düşmüş hesab olunur.

“Report” TASS-a istinadən xəbər verir ki, cəmi 2-3 saat ərzində təxminən 420 mm yağıntı düşüb, bu da regionun illik normasının yarısına bərabərdir.

Sürüşmə və yolların bağlanması hallarının olduğu bildirilir. Bəzi şəhərlərdə küçələr su altında qalıb, avtomobilləri su axınları aparıb. Elektrik enerjisinin verilməsində və telefon rabitəsində kəsintilər baş verib.

Barbara şəhərinin meri bütün məktəblərin bağlanması ilə bağlı sərəncam imzalayıb.

İngilis versiyası Downpours kill six in Italy

Son xəbərlər

Orphus sistemi