Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Aİ-nin baş diplomatı Jozep Borrellə bu ilin noyabrında “Aİ-nin strateji kompası” adlı ilk Avropa hərbi konsepsiyasının layihəsini təqdim etməyi tapşırıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Brüsseldə iclası keçirilən Aİ Şurasının bəyanatında deyilir.
“2019-2024-cü illər üzrə strateji gündəliyə uyğun olaraq, Şura Aİ-ni daha strateji fəaliyyət kursu həyata keçirməyə və ayırca fəaliyyət göstərmək qabiliyyətini artırmağa çağırır. Aİ maraqlarını və dəyərlərini inkişaf etdirməli və qlobal təhdidlərə və təhlükəsizlik çağırışlarına qarşı mübarizə aparmağı bacarmalıdır. Bu səbəbdən Şura xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəni 2021-ci ilin noyabr ayında keçiriləcək iclasda müzakirə etmək üçün ilk “Strateji kompas” layihəsini təqdim etməyə çağırır”, - bəyanatda qeyd olunub.