Kaliforniyada koronavirusdan ölənlər üçün meyitxanalarda yerlər qalmayıb

Kaliforniyada koronavirusdan ölənlər üçün meyitxanalarda yerlər qalmayıb ABŞ-ın Kaliforniya ştatının Dəfn bürosu COVID-19-dan ölən insanların yaxınlarlarını qəbul etməməyə başlayıb.
Digər ölkələr
3 Yanvar , 2021 17:50
Kaliforniyada koronavirusdan ölənlər üçün meyitxanalarda yerlər qalmayıb

ABŞ-ın Kaliforniya ştatının Dəfn bürosu COVID-19-dan ölən insanların yaxınlarlarını qəbul etməməyə başlayıb.

“Report”un məlumatına görə, bu barədə “ABSNews” xəbər verib.

Bürodan bunu meyitxanalarda yerin olmaması ilə əlaqələndiriblər. Meyitlərin kremasiyası və ölüm haqqında şəhadətnamələrin alınması da daxil olmaqla, bütün dəfn və kremasiya prosesləri ləngiyib.

Şirkətlərdən biri bildirib ki, hər gün meyitlərin olduğu 30 maşını qəbul edir. Bu, normadan altı dəfə çoxdur.

"Mən 40 ildir dəfn sənayesində işləyirəm və heç vaxt düşünməmişəm ki, nə vaxtsa insanlara “yox biz sizin ailənizin üzvünün meyitini qəbul edə bilmirik" – demək lazım gələcək”, - ayin şirkətinin sahibi Maqda Maldonado bildirib.

Son xəbərlər

Orphus sistemi