ABŞ-ın vitse-prezidenti Kamala Harris ölkənin Milli Kosmik Şurasına başçılıq edəcək.
“Report” xəbər verir ki, bu barədə onun
"Mənim üçün bizim Milli Kosmik Şuramıza rəhbərlik etmək böyük şərəfdir", - o bildirib.
NASA-nın Kosmik Agentliyinin yeni başçısı Bil Nelson Harrisin təyinatını alqışlayıb.
"Vitse-prezident bir çox ölkənin kosmosda mövcud olduğu zaman getdikcə daha da mürəkkəbləşən federal hökumətin kosmik siyasətinə rəhbərlik etmək üçün ideal şəxsdir", - Nelsonun rəsmi açıqlamasında deyilir.
Onun sözlərinə görə, Harris ABŞ-ın kosmosda liderliyini davam etdirməsi üçün ölkənin səylərini əlaqələndirəcək.