Birləşmiş Ştatların aparıcı KİV-lərinin proqnozlarına görə ABŞ-ın yeni vitse-prezidenti olacaq Kamala Harris vətəndaşlara prezident seçkilərində rekord sayda iştiraka görə təşəkkür edib.
“Report”un məlumatına görə, demokratların prezidentliyə namizədi Co Baydenin xalqa müraciətində giriş nitqi ilə çıxış edən Kamala Xarris seçicilərə fəallığa görə minnətdarlığını ifadə edib.
"Seçkilərdə öz mövqeyinizi ifadə etmək üçün rekord sayda iştirakı təmin etdiyinizə görə təşəkkürlər. Mən bilirəm ki, son bir neçə ay mürəkkəb idi: acı, kədər, ağrı, həyəcanlar, əzablar. Amma biz hamımız sizin cəsarətinizin, sizin möhkəmliyinizin və sizin ruhunuzun comərdliyinin şahidi olduq. Siz Amerika üçün yeni günü salamladınız", - o çıxışında deyib.
Şənbə günü Bayden ABŞ-ın prezidenti seçildiyini elan edib. Daha əvvəl ABŞ-ın nüfuzlu mətbu orqanları öz hesablamalarınaa əsasən seçkilərdə demokratların namizədinin qalib gəldiyini xəbər verib. Lakion hazırkı prezident Donald Tramp bildirib ki, ştatlardan hələ heç birində rəqibinin qalib olması təsdiqlənməyib.