Kanada ABŞ seçkilərinin istənilən nəticələrinə hazırlıq görüb

Kanada ABŞ seçkilərinin istənilən nəticələrinə hazırlıq görüb Kanada hökuməti əvvəlcədən diplomatik hazırlıq görüb və hər hansı seçilmiş ABŞ prezidenti ilə kanadalılar üçün vacib olan məsələləri həll etmək iqtidarındadır.
Digər ölkələr
6 Noyabr , 2024 05:07
Kanada ABŞ seçkilərinin istənilən nəticələrinə hazırlıq görüb

Kanada hökuməti əvvəlcədən diplomatik hazırlıq görüb və hər hansı seçilmiş ABŞ prezidenti ilə kanadalılar üçün vacib olan məsələləri həll etmək iqtidarındadır.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Kanadanın xarici işlər naziri Melani Coli məlumat verib.

“Bu gün vacib bir gündür. Bir çox kanadalılar sərhədimizin cənubunda baş verənləri izləyəcəklər. Və təbii ki, hökumət olaraq biz seçkilərin istənilən nəticəsinə hazır olacağıq. Biz aylardır həm ABŞ-da, həm də dünyada diplomatik kanallarımız vasitəsilə buna hazırlaşırıq. Beləliklə, əmin ola bilərsiniz ki, bu hökumət Amerika xalqının kimi seçməsindən asılı olmayaraq, kanadalılar üçün vacib olan məsələləri həll edə biləcək”, - deyə Coli bildirib.

Son xəbərlər

Orphus sistemi