Kanada rəhbərliyi ölkənin Ukraynadakı səfirlik əməkdaşlarının bir hissəsini müvəqqəti olaraq geri çağırmaq qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
Bununla birgə, açıqlamada Kiyevdəki diplomatik nümayəndəliyin fəaliyyətini davam etdirdiyi vurğulanıb.
Qeyd edək ki, daha öncə rəsmi Ottava Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə əlaqədar 18 yaşınadək uşaqları olan diplomatların ailələrini müvəqqəti olaraq Ukraynadan geri çağırdığını açıqlamışdı.