Kanada Xarici İşlər Nazirliyi (XİN) sərhəddəki vəziyyətlə əlaqədar ölkə vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə XİN-in saytında bildirilib.
"Rusiya tərəfindən davam edən təhdidlər və ölkə daxilində və onun ətrafında hərbi hazırlıqlar səbəbindən Ukraynaya lazımsız səyahətlərdən çəkinin. Əgər Ukraynadasınızsa, orada qalmanızın zəruri olub-olmadığını qiymətləndirməlisiniz", - XİN-in saytında qeyd edilir.