Kanadanın xarici işlər naziri Melani Coli Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.
“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bildirilib ki, o, həmkarı Dmitro Kuleba ilə görüşüb.
Tərəflər Ukraynaya dəstəyi və döyüş meydanındakı mövcud vəziyyəti müzakirə ediblər.