“Report” xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
Məlumata görə, hadisə Şimali Vankuver şəhərində baş verib. Naməlum şəxsin kitabxanada ziyarətçilərə və ətrafdakı digər şəxslərə bıçaqla hücumu zamanı 1 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.
Hadisəni törədən şəxs saxlanılıb. Onun şəxsiyyəti açıqlanmır. Qeyd edilir ki, hazırda hər hansı ictimai təhlükə mövcud deyil.
Kanadanın baş naziri Castin Trüdo özünün tvitterdəki səhifəsində hadisə ilə bağlı paylaşım edib.
"Ürəyim bu gecə Şimali Vankuverdədir. “Lynn Valley”də (kitabxana-red) baş verən bu şiddətli hadisədən təsirlənən hər kəs bilsin ki, bütün kanadalılar sizi düşüncələrində saxlayır və yaralılara tez bir zamanda sağalmağı arzu edirlər", - deyə baş nazir tvitterdə yazıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
My heart is in North Vancouver tonight. To everyone affected by this violent incident in Lynn Valley, know that all Canadians are keeping you in our thoughts and wishing a speedy recovery to the injured. https://t.co/8Q32wuOlTk