Kim Çen In: "ABŞ NATO-nun Asiya versiyasını yaradır"

Kim Çen In: "ABŞ NATO-nun Asiya versiyasını yaradır" ABŞ Yaponiya və Cənubi Koreya ilə müttəfiqlik münasibətlərini gücləndirmək bəhanəsi ilə faktiki olaraq “NATO-nun Asiya versiyasını” yaradır.
Digər ölkələr
1 Yanvar , 2023 09:44
Kim Çen In: ABŞ NATO-nun Asiya versiyasını yaradır

ABŞ Yaponiya və Cənubi Koreya ilə müttəfiqlik münasibətlərini gücləndirmək bəhanəsi ilə faktiki olaraq “NATO-nun Asiya versiyasını” yaradır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In dekabrın 31-də Koreya Fəhlə Partiyası (WPK) Mərkəzi Komitəsinin 6-cı plenumunda deyib.

Onun sözlərinə görə, ABŞ Yaponiya və Cənubi Koreya ilə üçtərəfli əməkdaşlığı təşviq edərək müttəfiqliyi gücləndirmək bəhanəsi ilə NATO-nun Asiya versiyası kimi yeni hərbi blokun yaradılmasına səy göstərir.

Kim Çen In qeyd edib ki, ABŞ və düşmən qüvvələr KXDR-in hərbi potensialının güclənməsi səbəbindən ciddi zərbə alıb: “Hazırda qorxu və təşvişdən titrəyirlər”.

Şimali Koreya lideri bildirib ki, ölkəsinin hərbi potensialını gücləndirmək üçün iki dəfə çox səy göstərməlidirlər: "Nüvə silahlı qüvvələrinin əsas vəzifəsi müharibənin qarşısını almaq, sülhü və sabitliyi qorumaqdır. Ancaq bu cəhd uğursuz olarsa, onda özünü müdafiə etmədən başqa bir missiyanı yerinə yetirməyə hazırdır”.

Məlumata görə, bununla əlaqədar hücum zamanı dərhal cavab üçün nüvə zərbəsi endirməyə imkan verəcək yeni qitələrarası ballistik raketin hazırlanması tapşırığı verilib.

Son xəbərlər

Orphus sistemi