Şimali Koreya lideri Kim Çen In "düşmən qüvvələr"i "təcavüz üçün ümidsiz və israrlı hərbi təlimləri" gücləndirməkdə təqsirləndirib və ordunu döyüş effektivliyini artırmaq üçün maksimal səy göstərməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Mərkəzi Teleqraf Agentliyi bildirib.
"Hazırda düşmən qüvvələr sistematik olaraq KXDR-ə qarşı qabaqlayıcı zərbə endirmək və silahlanmalarını inkişaf etdirmək üçün imkanlarını artırmağa davam edir, eyni zamanda təcavüzə qarşı hər cür ümidsiz və israrlı hərbi təlimləri aktivləşdirirlər", - deyə Şimali Koreya lideri Pxenyanda keçirilən hərbçilər və siyasi işçilər üçün seminarda vurğulayıb.
"O, bütün hərbi və siyasi kadrları öz bölmələrinin döyüş effektivliyinin artımı üçün maksimal səy göstərməyə çağırdı", - agentlik qeyd edib.
Kim Çen In həmçinin KXDR əsgərlərini öz həyatlarını Şimali Koreya xalqının və onun mülkiyyətinin müdafiəsinə həsr etməyə çağırıb. Onun sözlərinə görə, hərbçilər "xalqın xoşbəxtliyini yaradanlar, xalqın partiyaya inamını qorumaqdan məsul keşikçi" olmaları ilə fəxr etməlidir.