Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ prezidenti Con Baydenin boş vaxtını necə keçirməsi barədə danışıb.
“Report” xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi bildirib.
"Bir çox amerikalılar kimi, o da kinonu sevir, onun sevdiyi iki iti var. Düşünürəm ki, sevdiyi ailəsi ilə vaxt keçirməyi sevir", - Psaki deyib.
Administrasiyanın nümayəndəsi ABŞ-ın 46-cı prezidentinin boş vaxtı olduqda bu şəkildə dincəldiyini qeyd edib. Mətbuat katibi bildirib ki, ABŞ liderinin məhdud sayda boş vaxtı olur.
Cen Psaki diqqəti prezidentin öz ailəsi ilə çox yaxın olmasına yönəldib. Onun sözlərinə görə, Bayden istirahət günlərində nəvələri ilə vaxt keçirir.