KİV: "ABŞ Çində koronavirusun tədqiqini maliyyələşdirib"

KİV: "ABŞ Çində koronavirusun tədqiqini maliyyələşdirib" ABŞ koronavirusun yarasalarda meydana gəlməsinin tədqiqinə 3 milyon ABŞ dollarından çox qrant ayırıb. Bu vəsaitin bir hissəsi Çinin Uhan şəhərində yerləşən Virusologiya İnstitutuna çatıb.
Digər ölkələr
8 Sentyabr , 2021 11:29
KİV: ABŞ Çində koronavirusun tədqiqini maliyyələşdirib

ABŞ koronavirusun yarasalarda meydana gəlməsinin tədqiqinə 3 milyon ABŞ dollarından çox qrant ayırıb. Bu vəsaitin bir hissəsi Çinin Uhan şəhərində yerləşən Virusologiya İnstitutuna çatıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Intercept” nəşri məlumat yayıb.

Məlumata görə, tədqiqatın məqsədi virusun heyvanlardan insanlara keçməsinə şərait yaradan amillərin öyrənilməsinə yönəlib.

Daha əvvəl Çin mətbuatında koronavirusun Uhana dondurulmuş yarımfabrikat şəklində xaricdən gətirilə biləcəyi barədə məlumat yayılmışdı.

Çin tərəfi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bu versiyanı araşdırmağı təklif edib.

Son xəbərlər

Orphus sistemi