ABŞ Konqresinin dörd üzvünün Tayvana səfəri başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, respublikaçılar Bred Uenstrap və Maykl Valts, demokratlar Set Multon və Kay Kahil Tayvanda bir sıra görüşlər keçirəcəklər.
Səfər üç gün davam edəcək. Görüşlərdə ABŞ-Tayvan münasibətləri, ticarət, regional sülh və sabitlik problemi müzakirə ediləcək.
Qəzetin yazdığına görə, hər dörd siyasətçi müxtəlif qanunvericilik təşəbbüslərinin qəbul edilməsində ABŞ Konqresində Tayvanı fəal şəkildə dəstəkləyir.
Qeyd edək ki, səfər barədə öncədən məlumat verilməyib.