KİV: ABŞ Yaponiyada “Patriot” raketlərinin istehsalını artıra bilməyib

KİV: ABŞ Yaponiyada “Patriot” raketlərinin istehsalını artıra bilməyib ABŞ “Boeing” şirkətinin istehsal etdiyi hissələrin çatışmazlığı səbəbindən Yaponiyadakı zavodlarda Ukrayna üçün nəzərdə tutulan “Patriot” hava hücumundan müdafiə raketlərinin istehsalını artıra bilmir.
Digər ölkələr
20 İyul , 2024 10:23
KİV: ABŞ Yaponiyada “Patriot” raketlərinin istehsalını artıra bilməyib

ABŞ “Boeing” şirkətinin istehsal etdiyi hissələrin çatışmazlığı səbəbindən Yaponiyadakı zavodlarda Ukrayna üçün nəzərdə tutulan “Patriot” zenit-raket komplekslərinin istehsalını artıra bilmir.

"Report" xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.

"ABŞ “Patriot” komplekslərinin dünya üzrə istehsalını qısa müddətdə ildə təqribən 500 ədəddən 750 ədədə qədər artırmağa ümid edir. Lakin raket təyinatlı komplektlərin əlavə tədarükü olmadan Yaponiyada istehsalın artırılması real görünmür", - materialda bildirilib.

Qeyd olunub ki, Yaponiyanın istehsalla bağlı qarşılaşdığı problemlər Vaşinqtonun qlobal müttəfiqlərindən daxil olan sənaye yardımını mürəkkəb təchizat şəbəkələrinə qoşmaqda çətinliklərlə üzləşdiyini göstərir.

Son xəbərlər

Orphus sistemi