ABŞ prezidenti Co Bayden Vaşinqtona səfər etmiş İsrailin xarici kəşfiyyat xidmətinin (“Mossad”) rəhbəri Yosi Koenlə görüş keçirib.
“Report” xəbər verir ki, bu barədə yaxın mənbəyə istinadən “Axios” xəbərlər portalı yazıb.
Görüş daha əvvəl planlaşdırılmayıb.
Qeyd olunur ki, Baydenin Koen ilə söhbətinin Amerika lideri ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında cümə günü baş tutmuş telefon danışığından əvvəl və ya sonra baş verdiyi bilinmir. Nəşrin məlumatına görə, Koen Netanyahuya İran mövzusunun müzakirəsi barədə məlumat verib.
Daha əvvəl ABŞ dövlət katibi Entoni Blinken də “Mossad” kəşfiyyat qurumunun rəhbəri Yosef Meir Kohen ilə görüşüb. Görüş zamanı İsrail tərəfi İranın nüvə fəaliyyətlərindən dərin narahatlığını dilə gətirib.