Böyük Britaniyanın kəşfiyyat orqanı olan “MI-6” Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasından zəmanət istəyib.
“Report” xəbər verir ki, bu iddia ilə “Daily Telegraph” çıxış edib.
Bildirilir ki, Böyük Britaniya kəşfiyyatı Əfqanıstanın terror təşkilatları üçün meydana çevrilməməsi ilə bağlı zəmanət istəyib.
Məlumata görə, “MI-6”nın “Taliban”la gizli dialoqu zamanı Əfqanıstandan Qərbə terror hücumları üçün istifadə edilməyəcəyi ilə bağlı zəmanət verilməsini tələb edib.
Gizli dialoqun Böyük Britaniyanın Kabildəki səfirliyində və Qətərin paytaxtı Doha şəhərində gerçəkləşdirildiyi iddia edilir.