Son bir həftə ərzində Efiopiyanın qərbində Oromo Azadlıq Ordusunun silahlıları tərəfindən azı 150 nəfər öldürülüb.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Efiopiya İnsan Hüquqları Komissiyasından verilən məlumata görə, silahlılar Oromiya əyalətinin qərbindəki Jida Kiremu rayonunun sakinlərinə hücum edib.
Efiopiyanın federal hakimiyyəti Oromo Azadlıq Ordusunu terror təşkilatı elan edib.