Ölkəni tərk etmiş Əfqanıstan Prezidenti Əşrəf Qaninin BƏƏ-də olduğu barədə məlumatlar yayılıb.
“Report” xəbər verir ki, bu iddia ilə “Kabul News” telekanalı çıxış edib.
Bildirilib ki, Ə.Qani hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərindədir.
Qeyd edək ki, “Taliban” qruplaşmasının Əfqanıstanın paytaxtı Kabili ələ keçirməsindən sonra ölkəsini tərk edən dövlət başçısının Tacikistanda, Omanda olduğu barədə iddialar yayılsa da, təkzib olunmuşdu.