Əfqanıstanın yeni hökumətinə Molla Məhəmməd Həsən Axund başçılıq edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanda çıxan “The News” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu barədə qərarı “Taliban”ın ruhani lideri Molla Hibatullah Axundzadə qəbul edib.
Məlumata görə, Şeyx Hibatullah Axundzadə şəxsən Molla Məhəmməd Həsən Axunda baş nazir olmağı təklif edib: “Molla Əbdül Qəni Baradar və Molla Abdus Salam onun müavinləri olacaq”.
Molla Məhəmməd Həsən Axund hazırda “Taliban”ın nüfuzlu orqanı sayılan Şuraya başçılıq edir. O, əslən Qəndəhardandır və “Taliban”ın liderlərindən sayılır.
Qeyd edək ki, bir müddət əvvəl TASS Əfqanıstanın yeni hökumətin tərkibinin sentyabrın 8-də elan olunacağı, Molla Əbdül Qəni Baradarın Baş nazir olacağı barədə xəbər yayılmışdı.