Livanın “Hizbullah” hərəkatı ötən həftə döyüşlər zamanı 70-dən çox İsrail əsgərini öldürdüyünü bildirib.
“Report” “Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, 600-dən çox hərbçinin yaralandığı ehtimal edilir.
“Hizbullah” həmçinin iddia edir ki, Livan-İsrail sərhədində baş verən qarşıdurmalar zamanı 28 ədəd “Merkava” tankı, 4 hərbi buldozer, bir zirehli maşın məhv edilib.