Əfqanıstanın paytaxtı Kabil şəhərində yüzlərlə insan etiraz aksiyası keçirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiyanın keçirilməsində səbəb bankların və valyuta mübadiləsi məntəqələrinin iki həftədən çoxdur bağlı olmasıdır.
Bildirilir ki, “Taliban” iş fəaliyyətinin bərpası ilə bağlı göstəriş versə də, banklar Mərkəzi Bank açılmadığı müddətdə işə başlamağa qərar verməyiblər.