NATO-nun Baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun (BVF) yeni rəhbəri ola bilər.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yeni təyinat 2023-cü il oktyabrın 1-dək baş tuta bilər.
Həmin dövrdə Y.Stoltenberqin Alyans rəhbəri kimi səlahiyyət müddəti başa çatacaq.
Qeyd edək ki, bundan əvvəl Y.Stoltenberq bildirmişdi ki, o, mandatının müddətinin uzadılması barədə düşünmür.
Baş katibin sözlərinə görə, o, hazırda bütün diqqətini cari vəzifəsinə yönəldib.
Y.Stoltenberq əmindir ki, Alyans ölkələri onun yerinə layiqli namizəd tapa biləcəklər.
Qeyd edək ki, norveçli siyasətçi Y.Stoltenberq 2014-cü ildən NATO-nun Baş katibidir.