KİV: Niger ordusu 100-dən çox terrorçunu zərərsizləşdirib

KİV: Niger ordusu 100-dən çox terrorçunu zərərsizləşdirib Nigerin silahlı qüvvələri ölkənin cənub-qərbindəki Tillaberi bölgəsindəki əməliyyat çərçivəsində 100-dən çox terrorçunu zərərsizləşdirib.
Digər ölkələr
19 Sentyabr , 2024 06:39
KİV: Niger ordusu 100-dən çox terrorçunu zərərsizləşdirib

Nigerin silahlı qüvvələri ölkənin cənub-qərbindəki Tillaberi bölgəsindəki əməliyyat çərçivəsində 100-dən çox terrorçunu zərərsizləşdirib.

“Report”un məlumatına görə, bu barədə RTN telekanalı xəbər yayıb.

"Quru və hava qüvvələrinin koordinasiyası sayəsində 100-dən çox terrorçu zərərsizləşdirilib, düşmənin mühüm maddi ehtiyatları da məhv edilib", - məlumatda deyilir.

Məlumata görə, Niger silahlı qüvvələri beş əsgərini itirib, 27 hərbi yaralanıb. Ölkə hakimiyyəti həlak olanların ailələrinə başsağlığı verib və zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

Son xəbərlər

Orphus sistemi