Pavel Durov məhkəməyə gətirilib

Pavel Durov məhkəməyə gətirilib Teleqramın həmtəsisçisi Pavel Durov məhkəməyə gətirilib.
Digər ölkələr
28 Avqust , 2024 17:04
 Pavel Durov məhkəməyə gətirilib

Teleqramın həmtəsisçisi Pavel Durov Paris məhkəməsinə gətirilib.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, onun ilkin saxlanılma müddəti başa çatıb.

Xatırladaq ki, P.Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Fransa KİV-in məlumatına görə, Fransa vətəndaşlığı olan P.Durov ölkədə axtarışda olan şəxslərin siyahısında yer alırdı.

O, bir sıra cinayətlərdə, o cümlədən “Telegram”ın ölkə hökuməti ilə əməkdaşlıqdan imtina etməsində ittiham olunur.

Son xəbərlər

Orphus sistemi