Dohada Misir, Qətər, ABŞ və İsrail nümayəndələrinin iştirakı ilə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı məsləhətləşmələr başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Danışıqlarda Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin iştirakı barədə məlumat verilmir.