KİV: Şoltsun partiyasının reytinqi düşməyə davam edir

KİV: Şoltsun partiyasının reytinqi düşməyə davam edir Almaniya kansleri Olaf Şoltsun Sosial Demokrat Partiyasının reytinqi düşməyə davam edir və cəmi 14 % təşkil edir.
Digər ölkələr
24 Noyabr , 2024 00:35
KİV: Şoltsun partiyasının reytinqi düşməyə davam edir

Almaniya kansleri Olaf Şoltsun Sosial Demokrat Partiyasının reytinqi düşməyə davam edir və cəmi 14 % təşkil edir.

"Report" xəbər verir ki, bunu INSA İnstitutunun "Bild" nəşri üçün keçirdiyi sorğunun nəticələri sübut edir.

Nəticələrə görə, eyni zamanda, hakim koalisiyadan çıxmış Azad Demokrat Partiyasının istefada olan maliyyə naziri Kristian Lindnerin reytinqi 5 %-ə yüksəlib. Siyahıda lider əvvəlki kimi, 32 % reytinqi olan Xristian Demokratik və Xristian Sosial birliklərinin (CDU/CSU) müxalifət bloku olaraq qalır. İkinci yerdə 19 %-lə "Almaniya üçün alternativ" partiyası qərarlaşıb.

Nəşrin məlumatına görə, koalisiyada qalan "Yaşıllar" 4-cü yerdədir, respondentlərin 11 %-i onlara səs verməyə hazırdır. Qeyd olunur ki, sorğu noyabrın 21-22-də keçirilib və 1 001 nəfər iştirak edib.

Xatırladaq ki, Almaniya noyabrın əvvəlində Maliyyə Nazirliyinin rəhbəri Lindner Şoltsun təkidi ilə işdən çıxarıldıqdan sonra ciddi hökumət böhranı ilə üzləşib.

Son xəbərlər

Orphus sistemi