Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ilə Pəncşir əyalətinin müqavimət qüvvələri arasında danışıqlar nəticəsiz olub.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Taliban”ın nümayəndəsi Əmir Xan Möttəkiyə istinad edən “TOLOnews” telekanalı məlumat yayıb.
Müqavimət qüvvələrinin nümayəndələri bu məlumatı şərh etməyiblər.
Xatırladaq ki, ötən həftə Milli Müqavimət Cəbhəsi ilə “Taliban” arasında ilk birbaşa danışıqlar baş tutmuşdu.