Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması yeni hökumətin qurulması ilə bağlı tədbirə bir sıra xarici ölkələri dəvət edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndələri bildirib.
Qeyd edilib ki, tədbirlə bağlı Türkiyə, Çin, Rusiya, İran, Pakistan və Qətərə dəvət göndərilib.