Radikal “Taliban” hərəkatının üzvləri Əfqanıstanda ABŞ və NATO ilə əməkdaşlıq etmiş yerli sakinlərin axtarışlarını aktivləşdiriblər.
“Report” xəbər verir ki, bu barədə Norveçin Qlobal Analiz Mərkəzinin BMT üçün hazırlanmış sənədinə istinadən
Nəşrin informasiyasına əsasən, “taliblər”də belə insanların adları və ünvanlarının siyahısı var. “Taliban” nümayəndələri evlərə gedir və ya müəyyən şəxsləri saxlayırlar. Hərəkatın silahlıları həmçinin həmin əfqanları təslim olmayacaqları təqdirdə ailə üzvlərinin həbsi və ya qətli ilə hədələyirlər.
Ən böyük təhlükə ilə əfqan hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və devrilmiş hökumətin istintaq bölmələrində işləmiş şəxslər üzləşiblər.