KİV: Vaşinqton Rusiyaya qarşı zərbələrin nüvə eskalasiyası riskini artırmadığını hesab edir

KİV: Vaşinqton Rusiyaya qarşı zərbələrin nüvə eskalasiyası riskini artırmadığını hesab edir ABŞ kəşfiyyatı Vaşinqtonun Amerika uzaqmənzilli silahlarından istifadə edərək Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verməsinin nüvə eskalasiyası riskini artırmadığı və bunun olma ehtimalının aşağı olduğunu hesab edir.
Digər ölkələr
28 Noyabr , 2024 07:10
KİV: Vaşinqton Rusiyaya qarşı zərbələrin nüvə eskalasiyası riskini artırmadığını hesab edir

ABŞ kəşfiyyatı Vaşinqtonun Amerika uzaqmənzilli silahlarından istifadə edərək Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verməsinin nüvə eskalasiyası riskini artırmadığı və bunun olma ehtimalının aşağı olduğunu hesab edir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məqalədə qeyd olunur ki, son yeddi ay ərzində ABŞ kəşfiyyat xidmətləri Vaşinqton administrasiyası tərəfindən belə bir icazənin verilməsi nəticəsində “nüvə eskalasiyasının baş verməsinin ehtimal edilmədiyini” göstərən qiymətləndirmələr təqdim edib.

Agentliyə bildirilib ki, “bu qiymətləndirmələr Prezident Cozef Baydenin bu ay ABŞ-nin silahlarla bağlı mövqeyini dəyişməsindən sonra dəyişməyib”.

“Qiymətləndirmələr ardıcıl olub: ATACMS Rusiyanın nüvə silahı ilə bağlı hesablamalarını dəyişməyəcək”, – ABŞ Konqresindəki mənbə vurğulayıb. Materialda qeyd olunub ki, Rusiyanın “Oreşnik” raketindən istifadəsi Amerika tərəfinin bu qiymətləndirmələrini dəyişməyib.

Son xəbərlər

Orphus sistemi