Yaponiyanın Baş naziri Suqa Yoşihide istefa verəcək.
“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, buna səbəb ölkədə koronavirusla mübarizə tədbirlərinin uğursuzluğu barədə artan tənqidlərdir.
Məlumata görə, o, istefa haqqında partiyadakı yaxın çevrəsini artıq məlumatlandırıb.
S.Yoşihidenin bir ildir iqtidarda olan Liberal Demokrat Partiyasının (LDP) sədrliyinə namizəd olmayacağı qeyd edilib.