KİV: Yeni Kaledoniyada polis əməliyyat keçirib, iki nəfər güllələnib

KİV: Yeni Kaledoniyada polis əməliyyat keçirib, iki nəfər güllələnib Yeni Kaledoniyada polisin gecə keçirdiyi əməliyyat zamanı iki nəfər güllələnib.
Digər ölkələr
19 Sentyabr , 2024 11:31
KİV: Yeni Kaledoniyada polis əməliyyat keçirib, iki nəfər güllələnib

Yeni Kaledoniyada polisin gecə keçirdiyi əməliyyat zamanı iki nəfər güllələnib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Fransa KİV-ə istinadən məlumat yayıb.

Qeyd edək ki, Yeni Kaledoniyada may ayında yerli kanak xalqı və Fransa tərəfdarları arasında iğtişaşlar başlayıb.

Bildirilib ki, beləliklə, iyunda dayandırılan mübahisəli seçki islahatının səbəb olduğu böhranın başlanğıcından bəri ölənlərin sayı 13 nəfərə çatıb.

Xatırladaq ki, sakinlər Parisdə Yeni Kaledoniya ərazisində 10 ildən çox yaşayan şəxslərə yerli seçkilərdə iştirak üçün seçki hüquqlarının verilməsini nəzərdə tutan konstitusiya dəyişikliyinə etiraz edirlər. Etirazlar adanın müstəqillik tərəfdarları - yerli kanak xalqı tərəfindən təşkil edilib.

Son xəbərlər

Orphus sistemi