Ukrayna paytaxtı Kiyev şəhərinin sakinləri artıq komendant saatının başlaması ilə bağlı bildirişlər ala biləcəklər.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası rəhbərinin müavini Petro Oleni teleqram kanalında bildirib.
Artıq “Kyiv Digital” proqramında komendant saatının başlanmasına 60 dəqiqə qalmış bu barədə məlumat verilməsi ilə bağlı bildirişi yandırmaq olar.
Bunun üçün proqram parametrlərində bildirişləri aktivləşdirmək lazımdır. Saat 22:00-da bildiriş evə tələsməyin zərurini olduğunu xatırladacaq.