Kolumbiya polisi Prezident İvan Dukeyə sui-qəsdin təşkilatçısını yaxalayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Dieqo Molano Aponte
“Biz onu izlədik və tutduq – “Aurelio” ləqəbli şəxs iyunun 25-də Kukutada prezident İvan Dukenin helikopterinə qarşı törədilən terror aktının təşkilatçısıdır. Bu gün o, xüsusi əməliyyatda tutuldu", - deyə Aponte sosial şəbəkədəki rəsmi hesabında yazıb.
Kolumbiya hüquq-mühafizə orqanlarının məlumatına görə, “Aureli”o 25 iyun 2021-ci ildə İvan Dukeyə hücuma görə məsuliyyəti üzərinə götürən Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) üzvüdür.
1964-cü ildə yaradılan qrupun sıraları 20 minə qədər döyüşçüdən ibarət olub. Ölkənin hakimiyyət orqanları və üsyançılar uzun müddət sülh danışıqları aparıblar. Danışıqlar sülh sazişinin imzalanması ilə başa çatıb, bundan sonra 2017-ci ildə Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin bazasında rəsmi olaraq siyasi partiya yaradılıb.